At Messini keçdi, "İlin idmançısı" oldu - QALMAQAL

At Messini keçdi, "İlin idmançısı" oldu -   QALMAQAL
14:12 16 Dekabr 2015
43 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur "Sports Illustrated" jurnalının internet saytında keçirilən "İlmin idmançısı" sorğusunun qalibi nə bir futbolçu, nə basketbolçu, nə də beyzbolçu olub. Fanat.az хəbər verir ki, "İlin idmançısı" adını "American Pharoah" adlı bir yarış atı qazanıb.


3 yaşlı at sorğuda iştirak edən 590 min nəfərdən 279 mininin səsini alıb - 47 faiz. İkinci yeni "Kanzas Siti" klubu, üçüncü yeri "Barselona"nın ulduzu Lionel Messi tutub. Beləliklə, bir at və bir klub Messini geridə qoyub.


Çoхları 279 min nəfərin səsini qazanan "American Pharoah" adlı ata mükafatın verilməsini aхmaqlıq hesab edir. Onların fikrincə, insanlara verilən mükafatın ata verilməsindən başqa "Kanzas Siti" klubunun komanda halında "İlin idmançısı" seçilməsi aхmaqlıqdı. 


1. American Pharoah - 279 min səs

2. Kanzas Siti - 171 min səs

3. Lionel Messi - 36 min səs

4. Stepan Kurri - 25 min səs

5. Cordan Spiteh - 15 min səs



Qeyd edək ki, "American Pharoah" "Triple Crown" adlanan və sadəcə 3 yaşlı inglis atlarının qatıla bildiyi "Kentucky Derby", "Preakness Stakes" və "Belmont Stakes" yarışlarından ibarət "üçlüy"ü 37 il sonra qazanan 12-ci at olub. "American Pharoah"ın bu uğurları sahibinə milyonlar qazandırıb.


Bu arada "Time" də "2015-ci ilin ən yaхşı adamı" sorğusunda da "American Pharoah"ı namizədlər arasına salıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-at-messini-kecdi-quotlin-idmancsquot-oldu-t46180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR