Latviya prezidenti Azərbaycana başsağlığı verdi

Latviya prezidenti Azərbaycana başsağlığı verdi
14:17 16 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Latviya Respublikasının prezidenti Raymonds Veyonis Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: 

"Zati-aliləri,

"Günəşli" neft yatağındakı platformada dəhşətli yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə və bütün Azərbaycan xalqına Latviya xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Bizim ürəklərimiz həlak olan insanların ailələri ilə birlikdədir və xəsarət alanların tez bir zamanda sağalmasını arzu edirik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/390701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR