“Nar” rominq xidmətlərində 50 faiz endirim təqdim edir

“Nar” rominq xidmətlərində 50 faiz endirim təqdim edir
14:18 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Nar” yeni rominq kampaniyasına start verdi.

Şirkətdən Trend-ə verilən məlumata görə, səfərdə olan abunəçilər 50%-dək rominq endirimi qazanacaqlar.

Dekabr ayının 15-də “Nar” mobil operatoru öz abunəçiləri üçün rominq tariflərinə endirim kampaniyasına start verdi. Kampaniya çərçivəsində 1-ci zonaya aid ölkələrdə olan “Nar” istifadəçiləri internetdən 50% endirimlə, 2-ci zonaya daxil olan ölkələrdəki abunəçilər isə 40% endirimlə yararlana biləcəklər. Bundan başqa, hər iki zonaya daxil olan ölkələrdəki “Nar” istifadəçiləri Azərbaycana zəng edərkən 10% endirim fürsətindən də faydalanacaqlar.

15 yanvar 2016-cı il tarixədək davam edəcək biraylıq kampaniya bütün abunəçiləri əhatə edəcək. Rominqdə olarkən, 50%-dək internet və 10% zəng endirimi fürsətləri qış səfərinə çıxmış “Nar” istifadəçilərinə öz səyahət təəssüratlarını bölüşmək üçün əlavə imkanlar yaradacaq.

Rominq zonaları və tariflər haqqında ətrafl məlumatı buradan öyrənə bilərsiniz: www.nar.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2470249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR