Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Altın Koza" Film Festivalının adı dəyişdirilir

“İçəri Şəhər” bədii filmi beynəlxalq film festivallarına dəvət alıb (07 Mart 2017 15:22)
“Qırmızı bağ” "Ən yaxşı bədii film” mükafatına layiq görülüb (06 Mart 2017 13:52)

Tarix: 16 Dekabr 2015 14:22

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan sonra "Altın Koza" Film Festivalı "Uluslararası Adana Film Festivalı" adlanacaq.
Bu barədə qərarı festivalın təşkilatçısı, Adana Böyükşəhər Bələdiyyə başqanı Hüseyn Sözlü açıqlayıb. Onun sözlərinə görə, festivalın adının dəyişdirilməsi ilə bağlı işlər görülür. H.Sözlü bildirib ki, belə qərarın qəbul edilməsi, Adana şəhərinin adının kino tarixində əbədi qalmasına, şəhərin dünyada tanıdılmasına müsbət təsir edəcək. 
Bununla da 23-cü "Altın Koza" Film Festivalı "Uluslararası Adana Film Festivalı" kimi keçiriləcək.
Festivalın adının dəyişməsi "Altın Koza" mükafatının maketinin görünüşünə təsir etməyəcək. Festivalın mükafatı kimi təqdim edilən "Altın Koza" mükafatı yenə də, eyni tərzdə qaliblərə təqdim ediləcək.
Qeyd edək ki, bir müddət əvvəl "Altın Portağal" Film Festivalının da, adı dəyişdirilərək Antalya Film Festivalı olub. 

Teqlər:  Altın Koza Film Festivalının adı dəyişdirilir



RƏYLƏR


Top xəbərlər