Azərbaycan qazının Yunanıstana birbaşa tədarükü 2021-ci ildə başlayacaq

Azərbaycan qazının Yunanıstana birbaşa tədarükü 2021-ci ildə başlayacaq
14:23 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın Transadriatik boru kəməri (TAP) üzrə Yunanıstana 1 milyard kubmetr həcmində birbaşa qaz tədarükləri 2021-ci ildə başlayacaq. Trend-in "Natural Gas Europe" portalına istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın DEPA şirkətinin rəhbərinin baş müşaviri Kostas Andriosopulos deyib.

DEPA və Türkiyənin BOTAŞ şirkəti arasında müqaviləyə əsasən, hazırda hər il Yunanıstana təqribən 700 milyon kubmetr həcmində Azərbaycan qazı təkrar ixrac edilir: "Bu müqavilənin müddəti 2021-ci ildə başa çatır. Məhz Yunanıstan həmin dövrdə TAP üzrə 1 milyard kubmetr Azərbaycan qazının birbaşa alışına başlayacaq ki, bu da layihəyə sadiqliyimizi göstərir".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2470241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR