SOCAR: “Günəşli”dəki 10 nömrəli dərin dəniz özülündə yanan neft quyusunun biri tamamilə söndürülüb

SOCAR: “Günəşli”dəki 10 nömrəli dərin dəniz özülündə yanan neft quyusunun biri tamamilə söndürülüb
14:28 16 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Günəşli” yatağının 10 nömrəli dərin dəniz özülündə yanan neft quyusunun biri tamamilə söndürülüb və quyunun ağzı bağlanıb. Hazırda təxminən 3-4 quyudakı yanğının lokallaşdırılması istiqamətində işlər intensiv davam etdirilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Boots&Coots” şirkətinin yanğının söndürülməsində iştirak etməsi üçün hazırlıq işləri demək olar ki, tamamlanmaq üzrədir. “Neft daşları” və “Günəşli” sahəsində itkin düşmüş ümumilikdə 26 neftçinin axtarışları isə davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_Guneslideki_10_nomreli_derin_deniz_ozulunde_yanan_neft_quyusunun_biri_tamamile_sondurulub-911679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR