Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qohumunu öldürən şəxsin məhkəməsi başladı

Qohumunu öldürən şəxsin məhkəməsi başladı

Date: 16 December 2015 14:29

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu qətlə yetirməkdə təqsirləndirilən Şahlar Mürşüdovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 24-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin avqust ayının 10-da Şamaxı şəhərində baş verib. Rayon sakini Şahlar Mürşüdov evində münaqişə zəminində Ağsu rayon sakini, qohumu İlkin Novruzova bıçaqla xəsarət yetirərək, “Mercedes” markalı avtomobildə hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən İ.Novruzov orada ölüb.

Ş.Mürşüdov Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda saxlanılıb və Rayon Polis Şöbəsinə təhvil verilib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.


Tags:  Qohumunu öldürən şəxsin məhkəməsi başladı

RƏYLƏR


Top news