Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pensiyaçılara pul müjdəsi (FOTO)

Pensiyaçılara pul müjdəsi (FOTO)

Date: 16 December 2015 14:31

Bu ay təqaüdlər vaxtından tez veriləcək.

ANS PRESS-in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.

Bu barədə jurnalistlərə Fondun sədri Elman Mehdiyev Qəbələdə keçirilən vətəndaşların qəbulu zamanı bildirib.

Onun sözlərinə görə, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonları üzrə dekabr ayının 7-si, respublikanın digər rayon və şəhərləri üzrə isə dekabr ayının 15-i tarixində tam yekunlaşıb. “Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər bütün pensiyaçılar qabaqcadan öz pensiyalarını ala biləcəklər”.


Elman Mehdiyev- DSMF-nin sədri

Bu gün Elman Mehdiyev Qəbələ şəhərində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Görüş zamanı əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və digər məsələlərə dair çoxsaylı təklif və şikayətlər dinlənilib.

Tags:  Pensiyaçılara pul müjdəsi FOTO


RƏYLƏR


Top news