“Akif Çovdarov dedi, nazir 500 minə razı deyil, bazarı ver...” - “Vosmoy bazarı"nın keçmiş sahibi

“Akif Çovdarov dedi, nazir 500 minə razı deyil, bazarı ver...” - “Vosmoy bazarı"nın keçmiş sahibi
14:34 16 Dekabr 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+

MTN əməkdaşı: “Ədilovu Çovdarovun qəbuluna apardıq” (26 Aprel 2017 15:18)
Keçmiş SSRİ ölkələrinin gözəlləri - FOTO (19 Aprel 2017 08:12)
"Otağa girən kimi Çovdarov məni təpiklə döyməyə başladı” - MƏHKƏMƏ (18 Aprel 2017 17:33)

 

 

Artıq ləğv edilmiş MTN-in keçmiş rəhbəriyinin fəaliyyətinə dair yeni faktlar üzə çıxmaqda davam edir.

 

Əmlakının keçmiş MTN rəhbərliyi tərəfindən qəsb edildiyini deyən sahibkarlardan biri də Bakının xalq arasında “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr” bazarının ərazisində fəaliyyət göstərən topdansatış bazarının (ərazisi 1,2 hektardır) sahibi olan Səfərov qardaşlarıdır.

 

Lent.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, vaxtilə bazarın sahibi olmuş sahibkar Salman Qürbət oğlu Səfərov əmlakının əlindən necə qəsb edilməsi haqda ətraflı danışıb.

 

 

Səfərov deyir ki, 2005-ci il, dekabrın 20-də özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən 3 nəfər onun bazardakı ofisinə daxil olub. Onlar heç bir səbəb göstərmədən Salman Səfərovun qardaşı Qəhrəman Səfərovun və Akif adlı mühasibin qoluna qandal vuraraq özləri ilə aparıblar.

 

Zərərçəkən danışır: “Sonra digər qardaşım Cəfər Səfərova zəng vuraraq qardaşının saxlanıldığını, birbaşa nazirliyə gəlməyi deyiblər. Hətta qardaşımın indi harada olduğunu da telefonla ona deyiblər, izləndiyi barədə xəbərdarlıq ediblər. Hər iki qardaşım gecə saat 12-dək Akif Çovdarovun kabinetində işgəncələrə məruz qalmışdı. Onları bir gün ərzində 500 min manat gətirmək şərti ilə azad etmişdilər”.

 

Şikayətçinin sözlərinə görə, qardaşlarının MTN-ə aparılmasından bir gün sonra - dekabrın 21-də Akif Çovdarov yenidən Cəfəri yanına çağırıb və nazirin 500 min manatla razılaşmadığını bildirib: “Dedi ki, nazir pula razı deyil, bazarın onlara verilməsini tələb edir. Həmin gün Cəfərə o qədər işgəncələr verilmişdi ki, Akif Çovdarovun tələbi ilə razılaşmaq məcburiyyətində qaldı”.

 

S.Səfərovun dediyinə görə, onlar bazarı “Bank of Baku”da girov qoyaraq 125 min manat kredit götürmüşdülər. Həmin vəsaiti bazarın abadlaşdırmasına, anbarlar tikilməsinə xərcləmişdilər.

 

Səfərovun danışdıqlarından: “Banka 70 min manata qədər borcumuz qalmışdı. Akif Çovdarovla banka getdik, pulu ödəyib bazarın sənədlərini götürdük. Çovdarov Dövlət Əmlak Komitəsində bir nəfərlə əlaqə saxladı, bazarın girovluqdan çıxdığını təsdiq edən sənəd istədi. Həmin şəxs iş vaxtının sonu olmasına baxmayaraq sənədləri dərhal hazırlayaraq Çovdarova təqdim etdi. Ertəsi gün Akif Çovdarov qardaşımı özü ilə notariusa apararaq ondan bazarın mülkiyyət hüququnun Qulu Cəfərov adlı şəxsə keçdiyinə dair etibarnamə aldı. Bundan sonra bazara Çovdarovun yaxın qohumu Elşən Hüseynov nəzarət etməyə başladı”.

 

S.Səfərov deyir ki, bazarı onların əlindən alandan sonra səhmlərini MTN-in rəhbərliyində yer alan şəxslər arasında bölüşdürüblər. Sahibkar o vaxt Akif Çovdarovun quldurluq əməlləri ilə bağlı nazir Eldar Mahmudova və digər qurumlara onlarla teleqram, şikayət göndərdiyini deyir. Ancaq bu şikayətlərin heç bir nəticəsi olmur, əksinə, onu və qardaşlarını MTN-ə çağıraraq hədələyirlər.

 

“Hər dəfə teleqram vuranda Çovdarov məni və qardaşım Cəfəri nazirliyə çağırırdı. Çünki Akif Çovdarovdan hara şikayət yazırdımsa, onları MTN-ə göndərirdilər. Elə bil bütün nazirliklərdə Çovdarovun adamları vardı. Çovdarov məni çağıraraq dedi ki, sənə elə iynə vurduraram, ömür boyu iflic qalarsan, maşınından tank tapılar və heç kim də heç nə sübut edə bilməz. Deyirdi Allaha dua edin ki, evinizi də əlinizdən almıram, gedin başqa işdə çalışın” -Səfərov danışır.

 

Şikayətçi deyir ki, Eldar Mahmudov nazir postundan azad edilən gün Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edib. Bundan sonra onu ifadə vermək üçün Baş Prokurorluğa çağırıblar.

 

Səfərov deyir: “Gedib ifadə verdim, bazarın sənədlərini təqdim etdim. Yeganə tələbimiz odur ki, araşdırma aparılsın, bazarın kimə məxsus olduğunu dəqiqləşdirsinlər. Biz “Maral-Veqa” MMC kimi 2000-ci ildə bazarın 50 faizini, 2002-ci ildə isə qalan hissəsini almışıq. Bazar böyük qardaşım Cəfər Səfərovun adına rəsmiləşdirilib, elə buna görə də Akif Çovdarov daha çox ona işgəncə vermişdi”.

 

Sahibkarın sözlərinə görə, hüquq-mühafizə orqanlarında deyiblər ki, bazarın onların əlindən zorla alındığını bilirlər. Ancaq nədənsə bazarın mülkiyyət hüququnu hələ də onlara qaytarmayıblar. Başqa sözlə, bazara hələ də Akif Çovdarovun adamı nəzarət edir. Bu isə o deməkdir ki, bazardan yığılan yer haqları (söhbət hər il milyonlarla dollardan gedə bilər) hələ də Çovdarov və digərlərinin büdcəsinə axır.

 

Saytın əməkdaşı adıçəkilən bazarda olub, satıcılarla da söhbətləşib. 1995-ci ildən bazarda çalışan Nüsrət Əliyev də bazarın zorla əvvəlki sahibindən alındığını təsdiqləyib: “Bütün bazar bu işdən xəbərdardır. Çoxları prokurorluqda izahat verib, baş verənləri danışıb. 2005-ci ildə iki-üç nəfər gələrək bazarda yer pulu yığmağa başladı. Dedilər ki, əvvəlki sahibini unudun, bazar MTN-in nəzarətinə keçib. Heç kim də qorxusundan danışa bilmədi”.

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Tramp hakimiyyətdə olduğu ilk 100 günü məhsuldar adlandırıb

30 Aprel 2017 05:22

Hipnoz haqqında qeyri-adi faktlar

30 Aprel 2017 05:13

Stoltenberq: “NATO Türkiyəsiz zəif olacaq"

30 Aprel 2017 05:09

Roma Papası ABŞ prezidenti ilə görüşə hazır olduğunu bildirib

30 Aprel 2017 05:07

Cordan kamera qarşısında - FOTO

30 Aprel 2017 04:32

Tramp Şimali Koreyaya hərbi müdaxilədən danışıb

30 Aprel 2017 04:27

Malidə fövqəladə vəziyyət 6 ay müddətinə uzadılıb

30 Aprel 2017 04:22

Kliçko nokauta düşdü

30 Aprel 2017 04:13

Tibbi yardım təyyarəsi yerə çırpıldı, ölənlər var

30 Aprel 2017 04:09

Türkiyədə "Wikipedia"ya giriş bağlandı

30 Aprel 2017 04:08

Dünyanın ən bahalı limuzinləri

30 Aprel 2017 03:40

Mosulda ABŞ hərbçisi həlak olub

30 Aprel 2017 03:36

Vitali Kliçko Entoni Coşuaya nokautla məğlub olub

30 Aprel 2017 03:32

Mənzildə qara çiçək və ağac - FOTO

30 Aprel 2017 03:32

Coşua Kliçkonu nokaut etdi

30 Aprel 2017 03:24

İranın "GEM" telekanalının prezidenti Türkiyədə qətlə yetirilib

30 Aprel 2017 03:22

Mosulda polislərə hücum edən terrorçular məhv edilıb

30 Aprel 2017 02:49

Çində mağara evi - FOTO

30 Aprel 2017 02:37

Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

30 Aprel 2017 02:29

Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub

30 Aprel 2017 02:22

Doşab inanılmaz dərəcədə faydalıdır

30 Aprel 2017 02:14

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

30 Aprel 2017 02:04

Təl-Əvivdə şou-rum - FOTO

30 Aprel 2017 01:32

Estoniyada 5 min ev işıqsız qalıb

30 Aprel 2017 01:29

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

30 Aprel 2017 01:18

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

30 Aprel 2017 01:02

Məşhurlar uşaq əmizdirərkən

30 Aprel 2017 01:00

Xaçmazda yanğın olub

30 Aprel 2017 00:55

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

30 Aprel 2017 00:49

"Bavariya"dan ardıcıl 5-ci çempionluq

30 Aprel 2017 00:48

Kubada hərbi təyyarə qəzaya uğradı

30 Aprel 2017 00:47

Polis müştəri saç ustası tərəfindən döyüldü

30 Aprel 2017 00:31

Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

30 Aprel 2017 00:22

İntihara əl atan qadını polis xilas etdi

30 Aprel 2017 00:16

Polad Bülbüloğlu bu ölkənin xalq artisti oldu

30 Aprel 2017 00:09

Astroloji proqnoz - 30 aprel

30 Aprel 2017 00:08

Əyləncənin "dozası"nı qaçıranda belə olur

30 Aprel 2017 00:07

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...” LONDONDAN ERMƏNİLƏRƏ SUAL

30 Aprel 2017 00:05

Premyeraya şəffaf geyindi - FOTO

30 Aprel 2017 00:05

300 manata görə həbsxanalıq oldu

30 Aprel 2017 00:05

Günün qoroskopu: sual verməkdən çəkinməyin

30 Aprel 2017 00:05

Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" adı verilib

30 Aprel 2017 00:01

ABŞ həbsxanalarında bərbad vəziyyət: qadınlara təcavüz edilir

29 Aprel 2017 23:57

İldırım sürətli silahlanma – kabus, yoxsa reallıq...

29 Aprel 2017 23:57

Corab sataraq milyonçu olan məktəbli

29 Aprel 2017 23:57

Cəlilabadda uşağı avtomobil vurdu

29 Aprel 2017 23:52

Kürək və onurğaətrafı nahiyələr nədən ağrıyır?

29 Aprel 2017 23:52

Gəncə sakini bıçaqlandı

29 Aprel 2017 23:49

Bakıdakı şadlıq sarayları taktikanı dəyişir

29 Aprel 2017 23:48

Hikmətyar talibləri danışıqlara çağırdı

29 Aprel 2017 23:47