"Azərbaycan" İntellektual Oyunlar Klubu məktəbli çempionatının birinci dövrəsinə yekun vurdu - FOTO

"Azərbaycan" İntellektual Oyunlar Klubu məktəbli çempionatının birinci dövrəsinə yekun vurdu - FOTO
14:37 16 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə həftədir ki, "Azərbaycan" İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə davam edən məktəbli çempionatı ilk dövrə üçün yekunlaşdı. Akademik Zərifə Əliyeva adına liseyin tərəfdaşlığı ilə keçirilən və 35 komandanın iştirak etdiyi "Nə? Harada? Nə zaman?" oyunu üzrə çempionatın final oyunu baş tutdu.

Final oyununda turnir boyunca toplam olaraq ən yüksək xalı toplamış 8 komanda püşkatma yolu ilə "Breyn Rinq" oyununda qarşılaşdı. Oyun nəticəsinə görə "Retro" komandası 3-cü yer, "RİB" komandası 2-ci yer, 16 saylı məktəbin komandası isə 1-ci yerin sahibi oldu. Qalib komandalar AİOK tərəfindən diplom və hədiyyələrlə təltif olundular.

"Fevral ayından etibarən isə növbəti çempionat start götürəcək. Bu dövrədə oyunlar, iştirak edən uğurlu komandalar, eyni zamanda yeni qoşulan təhsil müəssisələri ilə davam edəcək", - deyə klubun prezidenti Aydın Piriyev bildirib.

Nəzərinizə çatdıraq ki, ali məktəblərlə paralel olaraq orta ümumi və orta ixtisas təhsil müəssisələrində də AİOK-un təşkilatçılığı ilə bir sıra intellektual oyunlar, çempionatlar həyata keçirilir. Belə ki, məktəbli liqasının ümumi xal toplanması nəticəsində ilk 8 komanda arasında bu həftə "Breyn Rinq" oyunu nəticəsində qaliblər müəyyən olunacaq.

"Azərbaycan" İntellektual Oyunlar Klubu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Edinburq Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompüter Kollecində oyunlar təşkil edir.

Eyni zamanda, həftənin bazar günləri AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində "Nə? Harada? Nə zaman?", "Fərdi Oyun" və "Breyn Rinq" formatında oyunlar keçirilir. Oyunlarda tələbələrarası çempionatlarda aktivlik göstərən ali müəssisələrini təmsil edən komandalar, intellektual hərəkatda aktiv olan tələbə gənclər və ümumi intellektuallar iştirak edir. Klub iki dildə oyunlar təşkil edən yeganə intellektual klubdur.

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR