Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Günəşli” yatağında qəzada xəsarət alan neftçilərdən beşi bu gün evə buraxılıb

“Günəşli” yatağında qəzada xəsarət alan neftçilərdən beşi bu gün evə buraxılıb

“Günəşli” yatağında daha bir quyu istismara verilib (15 Mart 2017 11:32)
Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 6 nəfərə çatdı (11 Mart 2017 09:55)
“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib (10 Mart 2017 13:22)

Tarix: 16 Dekabr 2015 14:38


Bakı, 16 dekabr, AZƏRTAC
SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən neftçilərdən 5 nəfəri bu gün evə buraxılıb.
Xəstəxananın mətbuat katibi Aytən Fətəliyeva AZƏRTAC-a bildirib ki, evə buraxılan neftçilər Allahverdi Məmmədov, Kamran Tarıverdiyev, Vidadi Sarıyev, Bəhruz Babayev və Coşqun Qarayevdir. Onun sözlərinə görə, hazırda xəstəxanada olan 15 neftçinin müalicəsi davam etdirilir.
Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib ki, qəzada xilas olunan neftçilərdən biri 1962-ci il təvəllüdlü Bəxtiyar Ələkbərovun vəziyyəti ağır stabil olaraq qalır və müalicəsi stasionarda davam etdirilir.
Xatırladaq ki, neftçi xəstəxanaya dördüncü dərəcəli yanıq xəsarətləri ilə daxil olub, onun bədəninin təqribən 50 faizi yanıb.

Teqlər:  Günəşli yatağında qəzada xəsarət alan neftçilərdən beşi bu gün evə buraxılıb



RƏYLƏR


Top xəbərlər