Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Çobanzadə küçəsinə yeni asfalt vurulur

Çobanzadə küçəsinə yeni asfalt vurulur

Date: 16 December 2015 14:42

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonunda Bəkir Çobanzadə küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsi təmir olunur. Təmir işlərinin aparıldığı ərzinin uzunluğu 924 metr, küçənin ortalama eni isə 15 metrdir.
"Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, təmir-tikinti işləri zamanı küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənib, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib. Yeraltı kommunikasiya xətləri (qaz, su, istilik, elektrik, rabitə) yolun hərəkət hissəsindən kənara köçürülüb.
Piyadaların da rahatlığı nəzərə alınaraq təmir-tikinti işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 1 800 paqon metrə yaxın yeni səki daşları düzülüb.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Ərazinin ikiqat olmaqla 14 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
B.Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərində genişləndirmə işləri aparılır. Bu işlər nəticəsində yolun hərəkət hissəsi 5 metrə yaxın genişləndirilır.
Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün təmir işlərinin aparıldığı ərazidə 2 ədəd xüsusi “cib”li dayanacaqlar da yaradılıb. Yeni yaradılmış avtobus “cib”lərinin uzunluğu 15 metr, eni isə 3 metrdir.
Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən yolboyu işıqlandırma sistemi qurulur, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılır. Daha sonra yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri də aparılacaq.

Tags:  Çobanzadə küçəsinə yeni asfalt vurulur

RƏYLƏR


Top news