Aktyor Nicat Rəhimov və aparıcı İlkin Həsəni tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdiriblər.
Axşam.az-a açıqlama verən N.Rəhimov yaxın günlərdə “Bozbash pictures”in yenidən efirə gedəcəyini bildirib:
“Yeni serialımız başlayır. Yeni formatda olacaq. Çox maraqlı ideyamız var”.
Bir müddət əvvəl nişanlanmasını açıqlayan N.Rəhimov toyundan bəhs edib:
“Toyumun dəqiq vaxtını hələ bilmirəm. Olanda gizlətməyəcəm, hamıya açıqlama verəcəm. Mən də tezliklə ailə qurmaq istəyirəm. Özü də toyum mediaya açıq olacaq”.
Foto: Ramin ASLANOV