Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məsud Bərzani terrorçu PKK-nı ittiham edib

Məsud Bərzani terrorçu PKK-nı ittiham edib

Date: 16 December 2015 14:57

Bakı. 16 dekabr. REPORT.AZ/ "Kürd xalqına sizlər problemlər yaratdınız".
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu İraqın şimalındakı muxtar hökumətin başçısı Məsud Bərzani "Kürdüstan Demokrat " Partiyasının (KDP) toplantısında terrorçu PKK və "KCK" ("Kürdlərin İcmaları Birliyi") liderlərinə müraciətində bildirib.
"KDP sizin yürütdüyünüz yanlış siyasəti əvəzini ödəyir. Bundan artıq nə etməlidir? Nə siz, nə də başqası nə istədiyinizi, nəyin ardınca düşdüyünüzü, kim tərəfindən qabağa çıxarıldığınızı bilmirsiz. Kürd xalqına problem yaradıb, mane olmaqdan başqa nə etdiniz? Niyə probleminizi Türkiyə ilə həll etmirsiniz? Əgər Türkiyəyə qarşı gedə bilmirsizsə, onda niyə bizə (İraqın Şimalındakı Muxtar bölgəni nəzərdə tutur - "Report") problem yaradırsız? ", - o, vurğulayıb.
Məsud Bərzani terrorçu PKK və "KCK"nı  İraqın şimalındakı muxtar bölgədə 500, Türkiyədə isə bir çox kəndi dağıtmaqda ittiham edib.

Tags:  Məsud Bərzani terrorçu PKK-nı ittiham edib

RƏYLƏR


Top news