Azərbaycan qazının Yunanıstana birbaşa tədarükünün vaxtı açıqlandı

Azərbaycan qazının Yunanıstana birbaşa tədarükünün vaxtı açıqlandı
14:57 16 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Transadriatik boru kəməri (TAP) üzrə Yunanıstana 1 milyard kubmetr həcmində birbaşa qaz tədarükləri 2021-ci ildə başlayacaq. Trend-in "Natural Gas Europe" portalına istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın DEPA şirkətinin rəhbərinin baş müşaviri Kostas Andriosopulos deyib.

DEPA və Türkiyənin BOTAŞ şirkəti arasında müqaviləyə əsasən, hazırda hər il Yunanıstana təqribən 700 milyon kubmetr həcmində Azərbaycan qazı təkrar ixrac edilir: "Bu müqavilənin müddəti 2021-ci ildə başa çatır. Məhz Yunanıstan həmin dövrdə TAP üzrə 1 milyard kubmetr Azərbaycan qazının birbaşa alışına başlayacaq ki, bu da layihəyə sadiqliyimizi göstərir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/390707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR