Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda evlər və obyektlər söküləcək (FOTO)

Date: 16 December 2015 15:01

Bakıda daha iki ünvanda evlər və obyeklər söküləcək. "Azəryolservis"dən ANS PRESS-ə verilən məlumata görə, şəhərinin yol-nəqliyyat infrastrukturunun yenilənməsi, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə Yasamal rayonunda iki küçənin yenidənqurulması işlərinə başlanılıb.

Yenidən qurulmasına başlanılan küçələr Balababa Məcidov və Abdulla Şaiq küçələridir.
Balababa Məcidov küçəsinin yenidənqurulan ərazisi Cəfər Cabbarlı küçəsi ilə Nəriman Nərimanov prospektləri arasında yerləşən təqribən 560 metrlik hissəsidir, Abdulla Şaiq küçəsinin isə təmir-tikinti işlərinin aparıldığı ərazisi Balababa Məcidov və Mirzə Ağa Əliyev küçələri arasında yerləşən təqribən 635 metrlik hissəsidir.

Hər iki küçədə mövcud olan təqribən 8-9 metrlik yolun eni genişləndirilərək 15 metrə çatdırılması planlaşdırılır. Bu səbəbdən yolun hərəkət hissəsinə düşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi işləri aparılır. Bununla paralel olaraq köhnə asfalt-beton örtüyü də qaşınaraq, ərazidən daşınır.



Təmir aparılan yol

Sözügedən küçələrin yenidən qurulması işləri çərçivəsində 1-1,5 metr dərinlikdə yeni yol yatağı salınacaq, yeni yağış-kanalizasiya sistemi tikiləcək, hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri və yeni işıqlandırma sistemləri qurulacaq, yeni asfalt-beton örtüyü döşənəcək.

Yenidənqurma işləri Nəqliyyat Nazirliyi rəhbərliyinin nəzarəti altında “Azəryolservis” ASC tərəfindən yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunmaqdadır.







Tags:  Bakıda evlər obyektlər söküləcək FOTO


RƏYLƏR


Top news