Rusiya səfirliyinin müşaviri: "Azərbaycanda əhalinin 70 faizi rus dilində danışır"

Rusiya səfirliyinin müşaviri: "Azərbaycanda əhalinin 70 faizi rus dilində danışır"
15:02 16 Dekabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ "Rus dili Azərbaycanda yalnız çoxmillətli ünsiyyət dili deyil, ölkə əhalisinin 70 faizi rus dilində danışır".
"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Artyom Barkov Bakı Slavyan Universitetində keçirilən "Təhsil vasitəsilə mədəniyyət və mədəniyyət vasitəsilə təhsil" dəyirmi masasında deyib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanda rus dilinə olan xüsusi münasibətini yüksək qiymətləndirir: "Bu gün 11 min şagird rus dilini öyrənir, 17 min tələbə bu dildə təhsil alır. Respublikada rus dilində 50 qəzet nəşr olunur".
Öz növbəsində, BSU-nun prorektoru Telman Cəfərov qeyd edib ki, son ay ərzində ali təhsil müəssisəsində rus dilinin inkişafı və qorunması, məktəblərdə və universitetlərdə dilin öyrənilməsi problemləri mövzusunda Moskva hökuməti ilə birlikdə iki böyük tədbir həyata keçirilib. O, həmçinin vurğulayıb ki, rəhbərlik etdiyi universitet Azərbaycandakı rus məktəbləri üçün mütəxəssislər yetişdirir.
Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin isə çıxışı zamanı rus dilinin Azərbaycanda əsas xarici dil olduğunu vurğulayıb.
Tədbirdə, həmçinin Moskva hökumətinin Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri Sergey Çereminin məktubu oxunub.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/rusiya-sefirliyinin-musaviri-azerbaycanda-ehalinin-70-faizi-rus-dilinde-danisir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR