Beynəlxalq Bankın işçiləri TQDK-nın testindən keçəcək

Beynəlxalq Bankın işçiləri TQDK-nın testindən keçəcək
15:02 16 Dekabr 2015
85 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında həmin bankda çalışan əməkdaşların bilik səviyyəsinin müasir tələblərə uyğunluğunu müəyyənləşdirmək üçün test imtahanı keçirəcək. Bu barədə “Report”a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, imtahanda ABB-nin 710 nəfər əməkdaşının iştirakı nəzərdə tutulur.
ABB-nin işçilərinin biliyinin qiymətlədirilməsi dörd istiqamət - Xəzinə işi, Əməliyyat işi, Kredit işi və Mühasibat işi üzrə aparılır və iştirakçılara 100 test tapşırığı təqdim olunur. Bunlardan 85 sual bank sektoruna və qanunvericiliyə aid suallar və 15 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən suallardır.
İmtahan dekabrın 19-da Bakı şəhərində, Bakı Kristal Zalında iki növbədə təşkil olunacaq. I növbə saat 10:00-da, II növbə saat 15:00-da başlanacaq və hər imtahan 3 saat ərzində aparılacaq.
İmtahana buraxılış şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” əsasında aparılacaqdır. Buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün iştirakçılar imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. 

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/beynelxalq-bankin-iscileri-tqdk-nin-testi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR