Yunanıstan 2021-ci ildən TAP ilə 1 milyard kubmetr Azərbaycan qazı alacaq

Yunanıstan 2021-ci ildən TAP ilə 1 milyard kubmetr Azərbaycan qazı alacaq
15:18 16 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, Nihad Budaqov, AZƏRTAC
Yunanıstan “Trans-Adriatik” (TAP) qaz boru kəməri vasitəsilə 1 milyard kubmetr Azərbaycan qazının birbaşa tədarükünə 2021-ci ildən başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “naturalgaseurope.com”a müsahibəsində Yunanıstanın DEPA qaz şirkətinin müşaviri Kostas Andriosopoulos deyib. O bildirib ki, DEPA ilə Türkiyənin “Botaş” şirkəti arasında imzalanan müqaviləyə görə, hazırda Yunanıstana ildə təxminən 700 milyon kubmetr Azərbaycan qazı ixrac olunur.
“Həmin müqavilənin etibarlılıq müddəti 2021-ci ildə qurtaracaq. 2021-ci ildən Yunanıstan TAP vasitəsilə ildə 1 milyard kubmetr Azərbaycan qazının birbaşa alışına başlayacaq ki, bu da bu layihəyə sadiqliyimizi göstərir”, – deyə K.Andriosopoulos bildirib.
Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yunanistan_2021_ci_ilden_TAP_ile_1_milyard_kubmetr_Azerbaycan_qazi_alacaq-911701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR