Azərbaycanlıların işinə baxan hakimi küçədə bıçaqladılar - FOTO

Azərbaycanlıların işinə baxan hakimi küçədə bıçaqladılar - FOTO
15:22 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Rusiyanın Surqut əyalətində hakimə hücum olunub.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, hakim Quljixan Qaitovaya qəfildən naməlum şəxs bıçaq zərbələri endirib. 
Radujnik şəhər sakini, 40 yaşlı Qaitovaya bıçaqla öz yaşadığı evin yanında xəsarət yetirilib. Qadını döyən cinayətkar, ona 4 bıçaq zərbəsi vurub - üçü kürək, biri boyun nayihəsindən. 

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunsa da, cinayətin, hələ ki, kim tərəfindən törədildiyi məlum deyil. 

Radujnik şəhərinin müstəntiqləri hal-hazırda hakimlə bağlı cinayət işini araşdırır. 

Qaitova adətən Rusiyada qeyri-qanuni yaşayan vətəndaşların məsələləri ilə bağlı işlərə baxırmış. Bu vətəndaşlar arasında Azərbaycan və Ukrayna vətəndaşları daha çox olub. Cinayəti törədənlərin bu miqrantlar arasından ola biləcəyi də güman edilir. 

Şübhəlilər arasında polis əməkdaşlarına itaətsizlik göstərən insanlar da var. Onlarla bağlı işlər də Quljixan Qaitovaya verilirdi. 

"İstənilən halda həmişə hansısa tərəf narazı qalır. Biz kiminsə qərardan narazı qaldıqda Qaitovanın üzərinə qışqırdığını, qəzəbləndiklərini görmüşük. Amma kiminsə onu hədələməsini görməmişik", - deyə hakimin həmkarları bildirdilər. 

İndi müstəntiqlər cinayətlə bağlı şübhələndikləri insanların siyahısını tutur və onların sorğu-sualına hazırlaşırlar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/390710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR