Ticarətin yeni növü: hava satacaqlar

Ticarətin yeni növü: hava satacaqlar
15:27 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Son illər havası sürətlə çirklənən Çin Kanadadan təmiz hava balonları almağa başlayıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, ötən il Kanadanın Edmonton şəhərində əsası qoyulan "Vitality Air" şirkəti 2 aydır ki, dağlardan toplanan təmiz hava balonlarını Çinə satır.

"Bizim təmiz hava ilə dolu 500 balonluq ilk partiyamız 4 günə satıldı" - deyə şirkətin həmtəsisçisi Moisey Lem deyib. O yaxın aylarda daha 4 min balonu Çinə göndərəcklərini deyib. Məlumata görə 7,7 litr həcmində hava ilə dolu balonların 1 ədədi 15 dollara satılır. Xüsusən, iri şəhərlərdə havanın çirklənməsi kəskin hiss olunur. 

"Vitality Air" şirkəti, əsasən, çətinliyin sifarişlərin ödənilməsi ilə bağlı olduğunu deyib. Son araşdırmalar Pekin şəhərinin havasında zərərli hissəciklərin miqdarının normadan 20 dəfə çox olmasını müyyən etmişdi.     

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/390427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR