Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Keçi pələngi qovdu - FOTO

Keçi pələngi qovdu - FOTO

Date: 16 December 2015 15:32

Rusiyanın Vladivostok şəhərindəki safari-parkda saxlanan Amur adlı pələng və Timur adlı keçi dünyaca məşhurdurlar. Çünki Amur keçini görəndə onu parçalamayan pələng, Timur da pələngdən əsla qorxmayan keçidir.

Milli.Az RİA-Novosti-yə istinadən bildirir ki, bir qəfəsdə olan pələnglə keçi arasında bu gün yenə mübahisə yaranıb. Timur pələngi buynuzlayıb və yırtıcını damından qovub.
Güclü qar yağdığından Timur soyuqda donmamaq üçün komasına girməyə çalışsa da, keçi onu buraxmayıb.

Parkın əməkdaşları keçini şikar qismində qəfəsə buraxmışdılar. Amma Timur yırtıcıdan qorxmamışdı.
Onlar beləcə, "dostlaşıb"lar.

Zooloqlar deyirlər ki, Timur Amurdan qorxan kimi, pələng bunu hiss edən təki yırtıcı keçini parçalayacaq.

Milli.Az










Tags:  Keçi pələngi qovdu FOTO

RƏYLƏR


Top news