"Səs Azərbaycan"ın yüz minlərlə izləyicisinin olması ona verilən ən dəyərli qiymətdir

"Səs Azərbaycan"ın yüz minlərlə izləyicisinin olması ona verilən ən dəyərli qiymətdir
15:33 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

«Talpa» beynəlxalq şirkətinin lisenziyası əsasında AzTV-də yayımlanan «Səs Azərbaycan» layihəsi artıq 5-ci həftəsini arxada qoyub. Bəzi saytlar bu müsabiqənin tamaşaçılar arasında kifayət qədər rezonans və maraq doğurmadığı, onun qeyri-peşəkarlar tərəfindən həyata keçirildiyi, müəlliflərin başqa ölkələrdəki orijinal versiyalara baxmadığı və sair kimi iddialarla çıxış edir. Bütün bunlar isə Aleksandr Qriboyedevin «Ağıldan bəla» əsərinin qəhrəmanının «Bəs hakimlər kimdir?» məşhur ifadəsini xatırladır.

Əvvəla, AzTV rəhbərliyi «Səs Azərbaycan»ın çəkilişini 200 nəfərə yaxın peşəkar və təcrübəli mütəxəssislərin cəlb olunduğu beynəlxalq heyətə həvalə edib. AzTV-nin əməkdaşları isə bu cür layihələrdə çalışmaq təcrübəsini əldə etmək üçün çəkilişlərə cəlb olunublar. Odur ki, bu məqam «yaradıcı heyətin böyük ehtimalla şəxsi tanışlıq və ya şəxsi münasibətlər zəminində seçilməsi» kimi absurd iddianı dərhal rədd edir.

Digər tərəfdən, sosial şəbəkələr və internet müsabiqənin cəmiyyətdə böyük maraqla qarşılandığını sübut edir. Məsələn, yarış başlayandan iştirakçıları təkcə AzTV tamaşaçıları deyil, facebook və youtube vasitəsilə yüz minlərlə istifadəçi izləyir.

Qeyd edək ki, «Səs Azərbaycan» media ilə peşəkar səviyyədə çalışmağa üstünlük verir. Kifayət qədər tanınan və nüfuzlu 1news.az, trend, day.az, milli.az, friday.az, baku.ws, vzqlyad.az, oxu.az, life.az, primetime, urban, myvideo, video.az saytları bu layihənin media-tərəfdaşlarıdır. Təqdirəlayiqdir ki, bu KİV-lər təmənnasız və ödənişsiz şəkildə layihəyə informasiya dəstəyi göstərirlər. Həmin saytların reportyorları «Səs Azərbaycan»ın seçim turlarından başlayaraq bütün çəkilişləri yaxından izləyir və işıqlandırırlar.

Münsiflər heyətinin seçilməsinə gəldikdə isə, bu proses müsabiqənin facebook səhifəsində açıq səsvermə yolu ilə keçirilib. İstifadəçilər daha çox Mübariz Tağıyevə, Faiq Ağayevə, Manana Caparidzeyə və Tünzalə Ağayevə səs veriblər. «Talpa» beynəlxalq şirkəti məhz sosial şəbəkələr vasitəsilə onların nə dərəcədə populyar olduqlarını araşdırandan sonra siyahını təsdiqləyib.

Müsabiqədə klassik estrada, pop və caz musiqisi səslənməli, ustadlar təkcə yerli deyil, həm də dünya musiqisinə dərindən bələd olmalıdırlar. Münsiflərin hər birinin, xüsusilə də əslən gürcü, amma Azərbaycan vətəndaşı olan və müsabiqə boyu Azərbaycan dilində danışmağa çalışan (bu, təqdirəlayiq haldır) Manananın bu sahədə peşəkarlığı heç kimdə şübhə doğurmur. İstisna deyil ki, ustadlara qarşı iradlar daha çox subyektiv xarakter daşıyır. Odur ki, əgər heyətin tərkibi tamamilə başqa müğənnilərdən ibarət olsaydı belə, onları da sevməyənlər tapılacaqdı.

«Səs Azərbaycan»ın hər hansı özünəməxsus xüsusiyyəti ola bilməz. Çünki qaydaları «Talpa» müəyyənləşdirir. «Səs Azərbaycan» isə bu məşhur beynəlxalq layihənin bir versiyası olmaqla elə ilk yarışdan ölkəmizin sərhədlərini aşıb. Ukrayna, Hollandiya və Böyük Britaniya vətəndaşlarının «görmədən dinləmələr»ə qatılması bunu sübut edir.

Öz miqyasına, məna və əhəmiyyətinə görə Azərbaycan teleməkanında ən populyar və baxımlı layihə olan «Səs Azərbaycan»ın yüz minlərlə izləyicisinin olması ona verilən ən dəyərli qiymətdir. Bütün bunların müqabilinldə bəzi media orqanlarında heç bir real fakta əsaslanmayan qeyri-peşəkar mülahizələrin yer alması yalnız təəssüf doğurur.

Ramil Yusifoğlu

Bizi Twitter-dən izləyin: @trend_az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycan kubokunda yarımfinal həyəcanı

30 Mart 2017 09:08

Argentina Futbol Federasiyasına yeni prezident seçilib

30 Mart 2017 09:05

Yeni “iPad” təqdim olundu

30 Mart 2017 09:05

Gəncədə avtomobil qəzası:3 nəfər yaralanıb - FOTO

30 Mart 2017 09:05

45 yaşlı kişi özünü dəhlizdə asdı - Yasamalda

30 Mart 2017 09:04

"Suriyada yeni əməliyyat ola bilər" - Binəli Yıldırım

30 Mart 2017 08:57

Google Play-də WhatsApp-ın başına gələnlər

30 Mart 2017 08:57

Tarixdə bu gün: 30 mart

30 Mart 2017 08:53

Hindistanda qatar relsdən çıxdı: 18 yaralı

30 Mart 2017 08:52

Yuxunun keyfiyyəti izlənəcək

30 Mart 2017 08:52

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

30 Mart 2017 08:49

Meksikada 10 meyit tapıldı

30 Mart 2017 08:47

Opera mini yeniləndi

30 Mart 2017 08:47

Qubada yanğın olub

30 Mart 2017 08:47

Huawei Honor Note 9 modelinin ilk fotosu sızdırıldı

30 Mart 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

30 Mart 2017 08:47

Yuxuda təcavüzə məruz qalan qız polisə müraciət etdi - FOTO

30 Mart 2017 08:43

İnsan beyni ilə kompüteri əlaqələndirəcək

30 Mart 2017 08:37

Bədənində döymə olanlara diqqət!

30 Mart 2017 08:33

Corc Maykl 3 aydan sonra dəfn edildi

30 Mart 2017 08:32

Samsung Galaxy Note 7 yenidən satılacaq

30 Mart 2017 08:32

Tramp qızını da dövlət qulluqçusu etdi

30 Mart 2017 08:28

Bakıda yaşayış binasında yanğın olub

30 Mart 2017 08:27

Twitter pullu olacaq?

30 Mart 2017 08:27

Müalicəvi zəlinin saxlanılma qaydası

30 Mart 2017 08:23

Bağdadda partlayış: 17 ölü

30 Mart 2017 08:22

Liflərdən istifadə asanlaşacaq

30 Mart 2017 08:22

Yaddaşı artırmağın 15 yolu

30 Mart 2017 08:18

Argentinada marixuana leqallaşdı

30 Mart 2017 08:17

3 D printerlə... yaşayış binaları çap ediləcək

30 Mart 2017 08:17

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib

30 Mart 2017 08:12

Smartfonlarda mətn daha tez yığılacaq

30 Mart 2017 08:12

Türkiyə Suriyada yeni əməliyyata başlaya bilər

30 Mart 2017 08:08

"Komandamızın dünya çempionatının finalına çıxmaq şansı var"

30 Mart 2017 08:05

Smartfon ekranının kənar gözlərdən qorunacaq

30 Mart 2017 08:05

İrland dənizi üzərində vertolyot itib

30 Mart 2017 08:05

“Google” fotoqraflar üçün sosial şəbəkə yaradır

30 Mart 2017 08:05

Məhkəmə Tramp əleyhinə növbəti qərar çıxardı

30 Mart 2017 07:59

Şvaynştayger MLS-də!

30 Mart 2017 07:58

Təyyarələrlə bağlı yasağın səbəbi bilindi

30 Mart 2017 07:52

Oturaq insanlar, bunu etsəniz...

30 Mart 2017 07:48

“Ağıllı” lampalar populyarlaşacaq

30 Mart 2017 07:42

İvanka Tramp prezidentin xüsusi müşaviri olacaq

30 Mart 2017 07:40

Məhkəmə eks-prezident barəsində həbs qərarı çıxardı

30 Mart 2017 07:39

“Microsoft” ilk qatlanan noutbuk hazırlayacaq

30 Mart 2017 07:37

Şvaynştayqer rəsmən "Chicago Fire”a keçdi

30 Mart 2017 07:34

Ər arvadının başını hamamda kəsdi - Bakıda dəhşət

30 Mart 2017 07:32

Blanka yeni reklamda - FOTO

30 Mart 2017 07:32

ABŞ-da ağır qəza: 12 nəfər öldü

30 Mart 2017 07:28

Görünən rənglərin sayınını artıracaq

30 Mart 2017 07:27