Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cahangir Hacıyevin yemək dərdi - Keyfiyyət artıb, lakin...

Cahangir Hacıyevin yemək dərdi - Keyfiyyət artıb, lakin...

Date: 16 December 2015 15:37

Lakin yenə də yeməklər gündəlik qida rasionu standartlarına cavab vermir

Vəkil Aqil Layicov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə görüşüb.

Milli.Az bildirir ki, bu barədə "report"a A.Layicov məlumat verilib.
C.Hacıyev ona verilən yeməklərin keyfiyyətinin artırıldığını bildirib: "Lakin yenə də yeməklər gündəlik qida rasionu standartlarına cavab vermir".

Xatırladaq ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə apellyasiya şikayəti verilib. Lakin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti təmin edilməyib.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Milli.Az


Tags:  Cahangir Hacıyevin yemək dərdi Keyfiyyət artıb


RƏYLƏR


Top news