Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cinayət törətdiklərinə görə 45 nəfər tutulub

Date: 16 December 2015 15:38


Bakı, 16 dekabr, AZƏRTAC
Ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış yüz cinayət faktından 31-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 45 nəfər tutulub.

Tags:  Cinayət törətdiklərinə 45 nəfər tutulub


RƏYLƏR


Top news