Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Bankın sabiq rəhbəri daha iki iddia ilə məhkəməyə müraciət edib

Beynəlxalq Bankın sabiq rəhbəri daha iki iddia ilə məhkəməyə müraciət edib

Nigeriya hökuməti "Shell" və "Eni" şirkətlərini məhkəməyə verib (06 Mart 2017 17:37)
Türkiyənin tanınmış aktyoru iranlı sənətçiləri məhkəməyə verməyə hazırlaşır (28 Fevral 2017 15:17)
Azərbaycanda yeni bank yaradılacaq (17 Fevral 2017 08:05)

Tarix: 16 Dekabr 2015 15:42

Bakı. 16 dekabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini (BMCMİ) daha iki üzrə məhkəmə verib.
Bu barədə “Report”a C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.
Belə ki, C.Hacıyev ona gətirilən sovqatın qəbul edilməsini, sovqatın qəbul edilməmisinin qanunsuz sayılmasını, həmçinin vəkillə özü arasındakı yazışmalarda konfedensiallığın pozulmasının qanunsuz hesab edilməsini istəyir.
Bundan başqa, C.Hacıyev BMCMİ-də saxlanılmasının qanunsuz sayılması barədə də məhkəmədə iddia qaldırıb.
Hər üç iddiaya sabah – dekabrın 17-də Nərimanov Rayon Məhkəməsində baxılacaq.
Xatırladaq ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə apellyasiya şikayəti verilib. Lakin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti təmin edilməyib.
C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Teqlər:  Beynəlxalq Bankın sabiq rəhbəri iki iddia məhkəməyə müraciət edib



RƏYLƏR


Top xəbərlər