Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daha iki rayonda silah aşkarlandı

Daha iki rayonda silah aşkarlandı

Date: 16 December 2015 15:47

Gədəbəydə odlu silah aşkarlanaraq götürülüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sənədləri olmayan lüləsi kəsilmiş "TOZ-12" markalı nömrəsi silinmiş ov tüfəngi rayonun Kiçik Qaramurad kənd sakini Nadir Qarayevin evindən tapılıb.

Silah Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.

Başqa bir silah isə Oğuz rayonunda aşkarlanıb. Rayonun Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Muxas kənd sakini Habil Xudiyevdən müvafiq sənədləri olmayan 1 ədəd "İJ" markalı ov tüfəngi götürülüb.

Milli.Az


Tags:  iki rayonda silah aşkarlandı


RƏYLƏR


Top news