Fövqəladə Hallar Nazirliyinin yaradılmasının onuncu ildönümünə həsr olunan kollegiya iclası keçirilib

15:53 16 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 16 dekabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının onuncu ildönümü münasibətilə dekabrın 16-da genişləndirilmiş kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, FHN-in mərkəzi aparatında keçirilən iclas “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan neftçilərin və nazirliyin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, daxili xidmət polkovnik-leytenantı Vyaçeslav Kryuçkovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İclası açıq elan edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN-in yaradılmasının onuncu ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edib, onlara uğurlar arzulayıb.
K.Heydərov bildirib ki, Fövqəladə Hallar Nazirliyi artıq fəaliyyətinin onuncu ilini qeyd edir. Ötən müddət nazirliyin kollektivi üçün əlamətdar olub. Baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin təbii və texnogen xarakterli qəzalardan qorunması məqsədilə nazirliyin aidiyyəti qurumları tərəfindən müvafiq tədbirlər 2015-ci il ərzində də davam etdirilib.
Nazir K.Heydərov 2015-ci il ərzində FHN-in fəaliyyət istiqamətlərinə uyğun görülmüş işlər və həyata keçirilən tədbirlərdən danışıb, qurumun inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə şəxsi heyət adından dərin təşəkkürünü bildirib. Qeyd edib ki, ali dövlət qayğısı ilə əhatə olunmuş Fövqəladə Hallar Nazirliyi Azərbaycan xalqının təhlükəsizliyinin etibarlı təminatçısı kimi öz şərəfli missiyasını bundan sonra da var gücü ilə davam etdirəcək.
Sonra FHN-in xidmətdə fərqlənən əməkdaşları nazir K.Heydərovun əmri ilə təltif olunublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyinin_yaradilmasinin_onuncu_ildonumune_hesr_olunan_kollegiya_iclasi_kechirilib-911713

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR