“Arzu və Murad” tamaşasının premyerası olacaq

15:57 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, baxışdan sonra teatrın Bədii Şura üzvləri və tamaşanın yaradıcı heyəti yeni səhnə əsərini müzakirə edərək, bəzi düzəlişlər olmaqla tamaşanın qəbul olunması barədə qərar qəbul edib.
Bununla da məşqlərinə ötən ay start verilən yeni səhnə əsəri dekabrın 17-də saat 19.00-da nümayiş etdiriləcək.
Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Yeni səhnə əsərində əsas obrazları əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcək.
Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir.
Qeyd edək ki, əsər ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və “Hədəf” Nəşrlər Evinin birgə təşkilatçılığı ilə “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsində qalib olub. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/arzu-ve-murad-tamasasinin-premyerasi-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR