Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kəmaləddin Heydərov hərbi hissə komandirləri qarşısında tələb qoydu

Kəmaləddin Heydərov hərbi hissə komandirləri qarşısında tələb qoydu

Date: 16 December 2015 15:58

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyinə həsr olunmuş genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazirliyin hərbi hissə komandirləri qarşısında tələb qoyub.

Trend-in məlumatına görə, iclasda K.Heydərov bildirib ki, heç bir komandir əsgərlər arasında ayrı-seçkilik yaratmamalıdır: “Bu, istər gənc əsgər olsun, istərsə də xidmət müddətinin bitməsinə az qalmış əsgər olsun. Heç bir halda ayrı-seçkilik olmamalıdır”.

Bir müddət öncə FHN-in Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində əsgər ölümünə toxunan K.Heydərov bu hadisədən çox kədərləndiklərini diqqətə çatdırıb: “İnanılmaz hadisə baş verdi. Orada nəzarəti güclü şəkildə həyata keçirməyən adamlar həbs edildilər”.

Nazir qeyd edib ki, tədbirlər bundan sonra da davam edəcək: “Hərbi hissələrdə hər hansı kiçik nöqsan baş verərsə, həmin tabora, manqaya, hissəyə rəhbərlik edən zabit cəzalanacaq”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Kəmaləddin Heydərov hərbi hissə komandirləri qarşısında tələb qoydu

RƏYLƏR


Top news