“Arzu və Murad” - fotolar

“Arzu və Murad” -  fotolar
16:01 16 Dekabr 2015
38 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında S.Elsevərin “Arzu və Murad” əsərinin ictimai baxışı olub.

Axşam.az-ın məlumatına görə, məşqlərinə ötən ay start verilmiş yeni səhnə əsəri sabah – dekabr ayının 17-də saat 19.00-da nümayiş etdiriləcək.

“Anamın kitabı” ədəbi müsabiqəsinin qalibi, gənc yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” adlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, məkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Yeni səhnə əsərində əsas obrazları əməkdar artist Gülər Nəbiyeva, aktyorlar  Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.

Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf  hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir. 

Bildirək ki, əsər ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat  İnstitutu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və “Hədəf” Nəşrlər Evinin birgə təşkilatçılığı ilə “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsində qalib olub.







Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42614

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR