Gəncə Dövlət Dram Teatrı paytaxt teatrsevərləri qarşısında çıxış edib

Gəncə Dövlət Dram Teatrı paytaxt teatrsevərləri qarşısında çıxış edib
16:08 16 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Dram Teatrının aktyor truppası S.Vurğun adına Rus Dövlət Dram Teatrında C.Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanı nümayiş etdirib.
Teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Əli Qasımov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, yeni yozumda qoyulan səhnə əsərinə teatrın baş rejissoru İradə Gözəlova quruluş verib. Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün Gəncədə məhz bu tamaşa ilə açıldığını söyləyən Ə.Qasımov səhnə əsərində baş rolları Xalq Artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Ramiz Vəliyev və Faiq Qasımovun ifa etdiklərini bildirib.
Uzun müddətdir ki, Bakı səhnəsində tamaşanı təqdim etməyə hazırlaşan kollektivin əsasən gənclərdən ibarət olduğunu söyləyən teatrının direktoru son sözü paytaxt tamaşaçılarının deyəcəyini vurğulayıb.
Tamaşada rolları tanınmış aktyorlarla yanaşı gənc aktyorlar - Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov və başqaları daxil olmaqla 18 nəfər ifa edib.
Tamaşanın rəssamı Elnur Axundovdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gence_Dovlet_Dram_Teatri_paytaxt_teatrseverleri_qarsisinda_chixis_edib-911722

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR