Qənirə Paşayeva Sinop Universitetinin rektoru ilə görüşüb

Qənirə Paşayeva Sinop Universitetinin rektoru ilə görüşüb
16:09 16 Dekabr 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva Sinop Universitetinin rektoru Nihat Dalgın və universitetdə təhsil alan gənclərlə görüşüb.

Lent.az-ın məlumatına görə, görüşdə Qənirə Paşayeva qondarma erməni soyqırımı yalanlarına qarşı aparılan mübarizənin daha da güclənməli olduğunu deyib.

Universitetin rektoru Nihat Dalgın qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib və Sinop Universitetində təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

Millət vəkili Sinop Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib və Sinop Universitetində təhsil alan tələbələrin keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib.

Millət vəkili rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məlumat verib və universitetdə Qarabağ mərkəzi yaradılması təklifi ilə çıxış edib.

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə, oxumağa, öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb.

Sinop Universitetində təhsil alan bəzi azərbaycanlı tələbələrlə də görüşən millət vəkili Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” yalanlarını dünya ictimaiyyətinə daha geniş çatdırılmasında gəncləri sosial şəbəkələrin təqdim etdiyi imkanlardan da geniş istifadə etməyə çağırıb.

Sonda Q. Paşayeva Sinop Universiteti rektoruna, universitetin kitabxanasına, eləcə də tələbələrə Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və digər kitablarını hədiyyə edib.  

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225436

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR