Türkiyə Rusiyanın 27 gəmisini SAXLADI

Türkiyə Rusiyanın 27 gəmisini SAXLADI
16:12 16 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə limanlarında Rusiyanın 27 gəmisi saxlanıb.

Milli.Az Habertürk-ə istinadən bildirir ki, bu, Türkiyənin 8 gəmisinin Rusiya limanlarında saxlanmasına cavab olaraq atılan addımdır.
Rusiya gəmilərinin hansı limanlarda olduqları açıqlanmır.

Türkiyənin gəmiləri Rusiyada saxlanandan sonra rəsmi Ankara təcili addımlar atmayıb, problemin yaxın vaxtlarda həllini tapacağına ümid edib. Lakin gəmilərin qeydiyyatı ilə bağlı bürokratik süründürməçilik bir həftədən çox çəkəndə Türkiyənin limanlarındakı Rusiya gəmilərinin saxlanmasına qərar verilib.

Hazırda Türkiyə və Rusiyanın müvafiq dövlət qurumları problemi elektron poçtla yazışmalar vasitəsilə çözməyə çalışırlar.
Danışıqların harada və nə zaman olacağı da məlum deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR