Rusiyada qafqazlılar və ruslar toyda şou göstərdilər

Rusiyada qafqazlılar və ruslar toyda şou göstərdilər
16:16 16 Dekabr 2015
24 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyada rəqqas gənclərin toyu böyük marağa səbəb olub. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, toy əsl rəqs meydançasını xatırladıb desək yanılmarıq.

Nalçikdə Qafqazdan olan Ruslan və Sibirdən olan Anastasiya ailə həyatı qurublar. Hər iki tərəf toya öz dostlarını dəvət ediblər.

Əvvəlcə hər şey adi toydakı kimi olub. Lakin sonradan sarayın meydanı rəqqasların ixtiyarına verilib. "ASA STYLE" qrupundan olan qafqazlılar öz məharətlərini onlarla qonağın əhatəsində göstərib. Gəlinin rusiyalı rəqqas dostları - "YUDİ" da onlardan geri qalmayıb.

Hər iki tərəfdən olan qonaqlar dostluq rəqs marafonu keçirməyə qərar veriblər.



Əvvəlcə Qafqazdan olan cigitlər hərəkətləri ilə heyranediblər, daha sonra isə rusiyalı gənclər brek dans stilində hərəkətlər ediblər.

"YUDİ" - Yuri, Denis və İqor adlı gənclərdən ibarət rəqs qrupu. Gənclər uşaq yaşlarından Van Damme və Maykl Ceksona bənzəmək niyyətində olublar.
"ASA STYLE" isə Şimali Qafqaz İncəsənət İnstitutunun xoreoqrafiya fakültəsinin tələbələrinin yaratdığı qrupdur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR