Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Hesablama Palatasının gələn il üçün iş planının layihəsi təsdiqlənib

Hesablama Palatasının gələn il üçün iş planının layihəsi təsdiqlənib

Date: 16 December 2015 16:18


Bakı, 16 dekabr, AZƏRTAC
Hesablama Palatası kollegiyasının növbəti iclasında qurumun 2016-cı il üçün iş planının layihəsi müzakirə olunaraq təsdiq edilib, bir sıra cari məsələlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, iclasda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Texniki Universitetinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, Azərbaycan Respublikası Dövlət Neft Fondundan Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna ayrılan vəsaitlərin istifadəsinə, Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.
Kollegiya iclasında, eyni zamanda, hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Tags:  Hesablama Palatasının gələn il planının layihəsi təsdiqlənib


RƏYLƏR


Top news