Akif Əlizadə gənc alimlər üçün tikilən mənzillərdən danışdı

Akif Əlizadə gənc alimlər üçün tikilən mənzillərdən danışdı
16:22 16 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

Gənc alimlər üçün tikilən mənzillərdə son tamamlanma işləri görülür.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə deyib.

Onun sözlərinə görə, tikintisi aparılan mənzillərdə hazırda kosmetik işlər görülür. Buna baxmayaraq, akademik mənzillərin konkret nə vaxt təhvil veriləcəyi barədə məlumatı olmadığını deyib: "Binalar 16 mərtəbəlidir. Orada, ümumiyyətlə, bütün mərtəbələrdə tikinti işləri yekunlaşıb. Hazırda daxildə bəzi kosmetik işlər görülür. Bu cür binaların tikintisi gələcəkdə də davam etdiriləcək. Amma indidən mənzillərin gənc alimlərə nə vaxt təqdim olunacağını demək çətindir".

Qeyd edək ki, mənzillər AMEA-ya və ya bəzi institutlarına məxsus torpaqlarda tikilir. Gənc alimlər üçün 3 belə binanın tikintisi planlaşdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR