Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Arzu və Murad”

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Arzu və Murad”

​Gənc Tamaşaçılar Teatrının aktyorları səhnəyə çıxmadı (22 Mart 2017 17:46)
Gənc Tamaşaçılar Teatrında Novruz bayramı qeyd olunacaq (15 Mart 2017 19:57)
Gənc Tamaşaçılar Teatrının fəaliyyəti beynəlxalq mətbuatda yer alıb (14 Mart 2017 20:27)

Tarix: 16 Dekabr 2015 16:23


Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Sevinc Elsevərin “Arzu və Murad” əsərinin premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Anamın kitabı” ədəbi müsabiqəsinin qalibi, gənc yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” adlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev və başqaları ifa edəcəklər.
Xocalı faciəsi zamanı əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir.
Qeyd edək ki, əsər ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı və “Hədəf” Nəşrlər Evinin birgə təşkilatçılığı ilə “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsində qalib olub.

Teqlər:  Gənc Tamaşaçılar Teatrının səhnəsində Arzu Murad



RƏYLƏR


Top xəbərlər