Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Şekspir” növbəti dəfə səhnədə

“Şekspir” növbəti dəfə səhnədə

Date: 16 December 2015 16:28


Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq Yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın nümayişi keçiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Kişineu şəhərində Ejen İonesko adına teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri Xalq Rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır.
Tamaşada əsas rolları Xalq Artisti Ramiz Novruz, Əməkdar artistlər Pərviz Bağırov, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, aktyorlar Nigar Güləhmədova, Aslan Şirinov, Şəlalə Şahvələdqızı, Anar Heybətov, Elşən Rüstəmov və başqaları ifa edəcəklər.
Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən, GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan “GUAM-ın teatr məkanı” layihəsi çərçivəsində təqdim olunur.
 

Tags:  Şekspir növbəti dəfə səhnədə


RƏYLƏR


Top news