"Burun əməliyyatından sonra hamıyla barışdım" - FOTO

"Burun əməliyyatından sonra hamıyla barışdım" - FOTO
16:32 16 Dekabr 2015
122 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Xatun Əliyeva küsülü olduğu Lamiyə Ələkbərova ilə barışıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi özü deyib:

"Onunla heç bir pis münasibətimiz yoxuydu. Yaxın dostluğumuz var idi. Sadəcə, parodiyaya görə incimişdi. Bu da mənə çox pis təsir etdi. Amma bir yas mərasimində görüşdük, barışdıq. Burun əməliyyatından sonra hamıyla barışdım. Bütün kinim yadımdan çıxdı".

X.Əliyeva son günlər xeyli arıqlamasından da danışıb:

"Bir pəhriz var. Onu çıxardanı gecə-gündüz söyürəm. Acından ölürəm. Bir gün balıq, səhəri toyuq, sonra süd, tərəvəz yeyirəm. Çox ciddi pəhrizdir, orqanizmi təmizləyir. Ondan sonra mədə balacalaşır. Arıqlamağa kömək edir".

Geyim tərzindən bəhs edən Xatun mağazalardan libas almağı sevmədiyini bildirib:

"Mağaza gəzib, paltar seçməkdən zəhləm gedir. Modelyerlərlə çalışmağı sevirəm. Ancaq mənə tiksinlər, məndə olsun. Pulum çantaya və ayaqqabıya gedir. Brend olmasına önəm vermirəm. İstəyərəm ki, 3 minlik libasdansa, mahnı alım".

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/390689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR