Əfqanıstan və Özbəkistanın qadın təşkilatlarının nümayəndələri ilə əməkdaşlıq prespektivləri müzakirə olunub

Əfqanıstan və Özbəkistanın qadın təşkilatlarının nümayəndələri ilə əməkdaşlıq prespektivləri müzakirə olunub
16:33 16 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Xəbər verildiyi kimi, dekabrın 16-da Bakıda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının qadın məsələləri üzrə naziri Delbar Nazarinin başçılıq etdiyi nümayəndə heyəti və Özbəkistanın Qadın Komitəsinin sədr müavini Ozoda Parpibayeva ilə görüşüb.
Görüşlərdə qadınların hüquqlarının önə çəkilməsi, onların tibbi və sosial xidmətlərdən istifadə imkanlarının yaxşılaşdırılması və digər məsələlər müzakirə olunub və ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Afqanistan_ve_Ozbekistanin_qadin_teskilatlarinin_numayendeleri_ile_emekdasliq_prespektivleri_muzakire_olunub-911738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR