Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​İraqa ova gedən Qətər əmirinin ailə üzvləri oğurlanıb

Date: 16 December 2015 16:37

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İraqın Mutanna əyalətinin başçısı Faleh əz-Ziyadi bildirib.
Onun sözlərinə görə, Mutanna rayonuna ova gələn Qətərin 26 vətəndaşını naməlum şəxslər oğurlayıb: "Hadisə Bağdaddan 280 km cənub -qərbdə yerləşən Əs-Samava şəhərində baş verib".
Məlumata görə, basqınçılar Qətər vətəndaşlarının düşərgəsini 70 avtomobillə mühasirəyə alıb.
Əz-Ziyadi bildirib ki, ova gələnlərin rəsmi icazələri olub: "Bununla belə onlara təhlükəsizliklərinin təmin edilməyəcəyi də bildirilib".
Xəbərə əsasən, oğurlanların arasında Qətər əmirinin ailə üzvü olan şəxslər də var.
Qətər tərəfi hadisə ilə bağlı açıqlama veriməyib.

Tags:  İraqa ova gedən Qətər əmirinin ailə üzvləri oğurlanıb

RƏYLƏR


Top news