CNBC "AppLab" layihəsinin qalibini ilin 20 ən yaxşı startapından biri elan etdi

CNBC "AppLab" layihəsinin qalibini ilin 20 ən yaxşı startapından biri elan etdi
16:38 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti həyata keçirdiyi “AppLab” layihəsinin qaliblərinin uğurlu startap ideyaları arasında “ən yaxşılarından biri” seçildiyini qürur hissi ilə elan edir.

Bu ilin yayında “AppLab” layihəsinin məzunu olmuş "BethClip" tətbiqi “CNBC” telekanalı tərəfindən 2015-ci ildə dünya üzrə yaradılmış ən yaxşı və parlaq 20 startap layihəsindən biri elan edilib.

“AppLab” innovativ mobil developer layihəsinə "Bakcell" şirkəti tərəfindən 2014-cü ilin sentyabr ayında gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində start verilib.

Bu il keçirilən “Qlobal Sahibkarlıq Həftəsi” (Global Entrepreneurship Week) 160 ölkəni və təxminən 10 milyon insanı əhatə edir. Bu tədbirin ən önəmli hadisələrindən biri kimi hər il dünyanın əsas şəhərlərində keçirilən “Açıq Startap Yarışı” (Startup Open competition) sahibkarlara öz ideyalarını irəli sürməyə imkan yaradır. Bu ilki müsabiqəyə 89 ölkədən 800-dən artıq startap ideyası təqdim olunub. Müraciətlərin yetmiş faizi ABŞ hüdudlarından kənardan olub.

Parlaq ideyaları həyata keçirən, iqtisadi inkişafa təkan verən və insanların rifahını yüksəldən bu yenilikçilər ABŞ-ın mikroelektronika sənayesinin mərkəzi olan Silikon (Silisium) Vadisindən çox-çox uzaqlarda – Uqanda, Kamerun, Filippin, İsrail, Çili və Ukrayna kimi ölkələrdə yaşayıb yaradırlar.

Bethclip hər hansı bir kontentin (mətn, şəkil, media, fayl) istənilən platformalar (Android, iOS, Windows, Mac OSX) arasında bir cihazdan digərinə tək toxunuşla köçürülməsinə imkan yaradır. Bethclip mobil tətbiqini Android platformalı cihazlar üçün Google Play Store daxil olaraq https://play.google.com/store/apps/details?id=com.bethclip.android linkindən, Apple Store-dan isə https://itunes.apple.com/us/app/bethclip-clipboard-sync/id957669022 linkindən yükləmək olar. Mübadilə buferinin ani sinxronlaşdırılması xassəsinə malik olan bu tətbiq gündəlik işlərimizə rahatlıq və komfort gətirə biləcək birklikli inqilabi həllərdən biridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2470332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR