Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bank işçiləri imtahana çəkilir

Bank işçiləri imtahana çəkilir

Date: 16 December 2015 16:43


Bakı, 16 dekabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında həmin bankda çalışan əməkdaşların bilik səviyyəsinin müasir tələblərə uyğunluğunu müəyyənləşdirmək üçün test imtahanı keçirəcək. İmtahanda ABB-nin 710 nəfər əməkdaşının iştirakı nəzərdə tutulur.
Komissiyadan AZƏRTAC-a bildirilib ki, ABB-nin işçilərinin biliyinin qiymətləndirilməsi dörd istiqamət (xəzinə işi, əməliyyat işi, kredit işi və mühasibat işi) üzrə aparılacaq və iştirakçılara 100 test tapşırığı təqdim olunacaq. Bunlardan 85 sual bank sektoruna və qanunvericiliyə aid suallar və 15 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən suallardır.
İmtahan dekabrın 19-da Bakı Kristal Zalda təşkil olunacaq.

Tags:  Bank işçiləri imtahana çəkilir



RƏYLƏR


Top news