Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ağcabədi Aqrotexservis"in qiymətli kağızları Bakı Fond Birjasında listinqə daxil edilib

"Ağcabədi Aqrotexservis"in qiymətli kağızları Bakı Fond Birjasında listinqə daxil edilib

Date: 16 December 2015 16:43


Bakı, 16 dekabr, AZƏRTAC
Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə "Ağcabədi Aqrotexservis" ASC-nin sənədsiz, adi, adlı səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 800 ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti 2 manatdır. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

Tags:  Ağcabədi Aqrotexservisin qiymətli kağızları Bakı Fond Birjasında listinqə daxil edilib


RƏYLƏR


Top news