Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının Bəkir Çobanzadə küçəsində təmir işləri yekunlaşır

Date: 16 December 2015 16:48


Bakı, 16 dekabr, AZƏRTAC 
“Azəryolservis” ASC tərəfindən Bakının Nizami rayonu ərazisindəki Bəkir Çobanzadə küçəsində aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir.
“Azəryolservis”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri küçənin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsində aparılır. Sözügedən ərazinin uzunluğu 924 metr, küçənin eni isə 15 metrdir.
Təmir-tikinti işləri zamanı küçədə səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənib, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub. Yeraltı kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara köçürülüb.
Piyadaların da rahatlığı nəzərə alınaraq təmir-tikinti işləri çərçivəsində 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 1800 paqonmetrə yaxın yeni səki daşları düzülür, köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Hazırda ərazinin ikiqat olmaqla 14 min kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Təmir-tikinti işləri çərçivəsində Bəkir Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərində genişləndirmə işləri həyata keçirilir. Nəticədə yolun hərəkət hissəsi 5 metrə yaxın genişləndirilır. Bu isə öz növbəsində nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərəcək.
Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün təmir işlərinin aparıldığı ərazidə 2 xüsusi “cib”li dayanacaqların yaradılması istiqamətində də tədbirlər görülür. Yeni yaradılmış avtobus “cib”lərinin uzunluğu 15 metr, eni isə 3 metrdir.
Küçədə aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi qurulur, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılır. Daha sonra yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri də aparılacaq.

Tags:  Bakının Bəkir Çobanzadə küçəsində təmir işləri yekunlaşır


RƏYLƏR


Top news