Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yapon musiqi qrupu İsmayıllıda Azərbaycanın məşhur “Sarı gəlin” mahnısının sintezini təqdim edib

Yapon musiqi qrupu İsmayıllıda Azərbaycanın məşhur “Sarı gəlin” mahnısının sintezini təqdim edib

RTVE-nin internet portalında Diana Hacıyeva haqqında məlumat yerləşdirib (22 Mart 2017 08:57)
Rus dünya çempionunun toyunda "Sarı Gəlin" - VİDEO (02 Mart 2017 10:27)
"U2" rok qrupu plagiatda ittiham olunur (28 Fevral 2017 13:02)

Tarix: 16 Dekabr 2015 16:58


İsmayıllı, 16 dekabr, AZƏRTAC
Yaponiyanın “VA-LİQA” musiqi qrupu İsmayıllı rayonunun qonağı olub, mədəniyyət mərkəzində zəngin repertuarlı konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin və JTİ şirkətinin təşkilatçılığı ilə gerçəkləşən bu səfər Odlar yurdu ilə Gündoğar ölkə arasında qarşılıqlı əlaqələrin və dərinləşməkdə olan dostluq münasibətlərinin bəhrəsidir. Qeyd edək ki, İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasında artıq bir neçə ildir dostluq münasibətləri mövcuddur və xüsusən məktəblilərin, mədəniyyət işçilərinin qarşılıqlı səfərləri bu münasibətləri daha da möhkəmləndirir.
“VA-LİQA” musiqi qrupu İsmayıllıda böyük qonaqpərvərliklə qarşılanıb. Qrupun təqdim etdiyi konserti 300 nəfərədək tamaşaçı izləyib. Yapon musiqiçilərinin ifasında səsləndirilən “Ho-İ Ho-İ” mahnısı ilə Azərbaycanın məşhur “Sarı gəlin” mahnısının sintezi isə iştirakçılar tərəfindən xüsusilə maraqla qarşılanıb. Belə ki, “Sarı gəlin”in ritmində “Ho-İ Ho-İ” mahnısı oxunub.






Teqlər:  Yapon musiqi qrupu İsmayıllıda Azərbaycanın məşhur gəlin mahnısının sintezini təqdim edib



RƏYLƏR


Top xəbərlər