Türkiyə Rusiyanın 27 gəmisinə həbs qoydu

Türkiyə Rusiyanın 27 gəmisinə həbs qoydu
16:59 16 Dekabr 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

 Türkiyə Rusiyaya məxsus 27 gəmiyə həbs qoyub.

 

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, Türkiyə Rusiyanın 8 Türkiyə gəmisinə həbs qoymasından sonra bu addımı atıb. Bildirilir ki, bu il noyabrın 24-dən sonra Rusiya Qara dənizdə Türkiyə bayrağı altında üzən 5 gəmini saxlayıb. Bu proses sonrakı günlərdə davam edib və ümumilikdə 8 türk gəmisinə həbs qoyulub.

 

Türkiyə Rusiyanın geri addım atmasını gözləsə də, vəziyyət dəyişməyib. Bundan sonra Türkiyə Aralıq və Qara dənizdə üzən Rusiya gəmilərində araşdırma aparıb. Yoxlamalar nəticəsində nöqsanlar aşkarlanan 27 Rusiya gəmisinə həbs qoyulub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR