Daşkənddə Azərbaycan və özbək milli paltarları nümayiş etdirilib

Daşkənddə Azərbaycan və özbək milli paltarları nümayiş etdirilib
17:13 16 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+


Daşkənd, 16 dekabr, AZƏRTAC
Daşkənddə Azərbaycan və özbək milli paltarları nümayiş olunub. Bu təqdimat Özbəkistandakı səfirliyimiz, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, (AMM) Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakıdakı Milli Geyim Evi (MGE) və Daşkənddəki Kəmaləddin Behzod adına Rəssamlıq və Dizayn İnstitutunun (RDİ) birgə əməkdaşlığı nəticəsində reallaşıb.
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin və AMM-nin əməkdaşları, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, bu sahənin tanınmış mütəxəssisləri, RDİ-nun müəllim və tələbələri, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib.
Nümayişdə Azərbaycanın Qarabağ, Şirvan, Gəncə, Naxçıvan və ölkəmizin digər bölgələrinə dair geyimlər təqdim olunub.
Tədbirdə Daşkənddəki "Zarkaynar" Milli Libaslar Evinin təqdim etdiyi və özündə milli koloriti əks etdirən xüsusi kolleksiyalar da göstərilib.
AMM-nin direktoru Samir Abbasov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov və başqaları çıxış edərək milli geyimlərin hər iki xalqın tarixinin, mədəniyyətinin göstəricisi olduğunu bildirib, Azərbaycan və özbək xalqlarının zəngin geyim mədəniyyəti haqqında söhbət açıblar.
Nümayişdə Azərbaycan milli geyimlərini Bakıdakı MGE-nin, özbək geyimlərini isə RDİ-nun kolleksiyaları əsasında təqdim olunub və milli paltarları institutunun tələbələri nümayiş etdirib.
Təqdim olunan geyim nümunələri iştirakçıların böyük marağına səbəb olub.
Sərginin sonunda milli geyimli oğlan və qızın Azərbaycan və Özbəkistan bayraqlarını səhnəyə gətirməsi tamaşaçıların alqışları ilə qarşılanıb.
Tədbir Özbəkistanın tanınmış müğənnilərinin çıxışı ilə başa çatıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daskendde_Azerbaycan_ve_ozbek_milli_paltarlari_numayis_etdirilib-911762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR