"Marca": Qvardiola "Bavariya"dan ayrılacaq

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola klubla müqavilə yeniləməmək qərarına gəlib. Bu haqda İspaniyanın məşhur "Marca" nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, katalon çalışdırıcı artıq klub rəhbərliyini məlumatlandırıb. Xatırladaq ki, "Bavariya" Qvardiolaya yeni müqavilə təklif etmişdi. O, təklifi qəbul edəcəyi təqdirdə, ilinə 20 milyon avro qazana bilərdi.

Qvardiolanın "Bavariya" ilə olan müqaviləsi mövsümün sonunda bitir. "Darmştadt"la görüşdən sonra təcrübəli mütəxəssis növbəti həftə yekun qərarını açıqlayacağını bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR